İranın sabiq prezidenti vəfat etdi

 

İranın Məsləhət Şurasının sədri, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani 82 yaşında vəfat edib.

 

APA-nın Tehran bürosunun məlumatına görə,  Ə.Ə.Haşimi Rəfsəncani ürəyində problem yarandığı üçün bu gün xəstəxanaya yerləşdirilmişdi. Onun ürək çatışmamazlığından dünyasını dəyişdiyi bildirilir.

 

Əli Əkbər Haşimi Rəfsəncani İranın dördüncü prezidenti olub. 1980 - 1989-cu illərdə Ə.Ə.Haşimi Rəfsəncani İran Parlamentinin spikeri vəzifəsində çalışıb.



Xəbərin vaxtı: 08-01-2017
Oxunma sayı: 173

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...