Astara gömrüyündə 200-ə yaxın yük maşını saxlanıb

 Astara, Gömrük terminalında gözləyən sürücülər, 7 yanvar 2017
 

Əsasən, Rusiyaya məxsus iki yüzə yaxın yük maşını yanvarın 5-dən AstaraGömrük Nəzarət Zonasının yük terminalındaqalıb.

İrandan Rusiyaya gedən maşınların yükləri, deyilənə görə,kənd təsərrüfatı məhsullarından ibarətdir. Gömrük yükləri yoxlamaq istəyir, sürücülər isə razı olmur.

Sürücülər Azadlıq Radiosuna deyiblər ki, Azərbaycan tərəfi yükü qanuna əsasən yoxlamaq istəmir .

Sürücü, Rusiya vətəndaşı Murtuza Əliyev deyir ki, yükə baxışın keçirilməsinə etiraz etmirlər:

"Bu özbaşınalıqdır. Aktı versinlər bizə, sonra baxsınlar ”

"Akt bağlasınlar, aktı versinlər bizə, sonra baxsınlar. Mən də yük minus 4 dərəcədə saxlanılmalıdır, burda isə 10 dərəcədən yuxarı isti var. Xarab olsa kim ona cavabdehlik daşıyar? Akt da vermirlər. Bu özbaşınalıqdır ”

Sürücülərdən Maqammed Cabbarov isə vəziyyəti belə izah edir:

"Terminalda dayanmışıq. Başa düşmürük nə olub. Nə istəyirlər, aydın məsələdir.”

Terminalın rəsmisi isə maşınların yoxlanmasının qanunu olduğunu deyir:

"Yoxlayandan sonra aktlar veriləcək.”

"Yoxlanmalıdır. Yoxlayandan sonra aktlar veriləcək.”

Astara Gömrük Nəzarət zonası, 7 yanvar 2017
 

Sabiq gömrük işçisi Elman Hüseynov da deyir ki,tranzit yükləri bir tərəfli yoxlamaq qanuna ziddir:

"Tranzit yükü yoxlamaq üçün komissiya yaradılır, yükün yoxlanması barədə İran tərəfinə məlumat verilməlidir. Yükün yoxlanması səbəbi deyilməlidir. Əlavə pul tələb etmək düzgün deyil. Çünki İranla Rusiya arasında razılaşma var, hər şey bu razılaşma əsasında həyata keçirilir. Əslində, burada baş verənlər özbaşınalığa daha çox bənzəyir. Narkotik axtarırlarsa əməliyyat qanun əsasında həyata keçirilməlidir. ”



Xəbərin vaxtı: 07-01-2017
Oxunma sayı: 241

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...