Yavər Camalovun nazirliyində ixtisarlar: bu müəssisələr çökür

Похожее изображение
 

Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisələrdə də ixtisarlar gedir

Millətinsəsi.info saytı xəbər verir ki, bu barədə Politika.Az-a verilən məlumata görə, nazirliyin nəzdində fəaliyyət göstərən zavod və müəssisələr işçilərin sayına yenidən baxmağa başlayıb. 
Yeni ildən etibarən nazirlik ixtisarlar aparmalı olub. Böhranın dərinləşməsi nazirliyi qənaət rejiminə keçməyə məcbur edib. 

Əldə etdiyimiz xəbərə görə, "Neftqazavtomat” Elmi-İstehsalat Müəssisəsi, "Telemexanika” zavodu və Bakı "Cihazqayırma” zavodu neftqazçıxarmada ixtisarlar gedib. Habelə, "Avtomatik xətlər” Elmi-İstehsalat Müəssisəsi də işçilərini azaldıb. 

Məlumatda bildirilir ki, nazir Yavər Camalov bu müəssisələrin fəaliyyətinin xüsusi bir faydası olmadığını bildiyi üçün bu addımı atıb.

Verilən məlumata görə, nazirliyin də birləşdirilməsi gündəmdədir. Hökumətin iqtisadi böhranla əlaqədar qənaətə keçməsi bir-birini təkrarlayan və ya ayrılıqda fəaliyyəti izafi xərc yaradan qurumların ləğvini aktuallaşdırıb. 

Hakimiyyətin üst mərtəbəsində gedən müzakirələrdə bu nazirliyin ləğv olunaraq Müdafiə Nazirliyinin tabeliyinə verilməsi, ixtisarların aparılması gündəmə gəlib. Bir müddət əvvəl Milli Məclisin deputatı Zahid Oruc da belə bir təklif səsləndirib. 

Son vaxtlar Azərbaycanda iqtisadi böhranın dərinləşməsi, manatın kəskin devalvasiyası, ölkəmizin gəlirlərinin ciddi azalması Yavər Camalovun biznesinə mənfi təsir edib. 

Onun restoranları ayın böyük hissəsini müştərisiz keçirir, otelləri isə boş qalıb. İş o yerə çatıb ki, müdafiə sənayesi nazirinin obyektlərinin bir çoxu aylıq xərclərini belə, ödəyə bilmir. Buna görə də həmin obyektlərdə işçilərin bir hissəsi ixtisar edilib.

«Aksessuar İnşaat» və «Çinar market» mağazaları, «Kral» şadlıq evi və bir neçə iaşə müəssisəsi, Səməd Vurğun küçəsindəki «Olimpik Star» idman kompleksi, «Ambasador» oteli və restoranı, «Niaqara» və "Qızılk Tac” restoranları müdafiə sənayesi nazirinin gerniş biznes şəbəkəsinin çox az bir hissəsidir.

Xəbərin vaxtı: 07-01-2017
Oxunma sayı: 277

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...