ABŞ səfirliyi Sekutanın geri çağırılacağı barədə məlumata münasibət bildirdi

Картинки по запросу sekuta
"ABŞ-ın xarici xidmətlər sahəsində uzun müddət yüksək səviyyədə çalışmış səfir Robert  Sekutanın Azərbaycanda öz fəaliyyətini davam etməsi gözlənilir”.
 
Millətinsəsi.info xəbər verir ki, bu barədə yeni prezident Donald Trampın inauqurasiya mərasimindən sonra xarici ölkələrdəki səfirləri, o cümlədən Robert Sekutanı geri çağıracağı barədə məlumatlarla bağlı ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya bildirilib.
 
Bildirilir ki, ABŞ prezidentini təmsil edən səfirlər prezidentinin təyinatı əsasında çalışırlar.
 
Qeyd edək ki, "New-York Times” qəzeti bəzi diplomatlara istinadən yazıb ki, Donald Tramp  inauqurasiya mərasimindən sonra xarici ölkələrdə fəaliyyət göstərən bütün ABŞ səfirlərini geri çağıracaq. Bununla bağlı ABŞ Dövlət Departamentinə bildiriş  də göndərilib.
 
Donald Trampın inauqurasiya mərasimi yanvarın 20-da keçiriləcək. 

Xəbərin vaxtı: 06-01-2017
Oxunma sayı: 156

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...