Heydər Əliyev Beynəlxalq Hava Limanının sərnişin dövriyyəsi rekord vurub


Heydər Əliyev Beynəlxalq Hava Limanı 2016-cı ildə 3,26 mln. sərnişinə xidmət göstərib ki, bu da Azərbaycan mülki aviasiya tarixində rekord göstəricidir.
 
Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, sərnişin dövriyyəsinin 83,5%-i beynəlxalq daşımaların payına düşüb. 2016-cı ildə Bakıya "Azərbaycan Hava Yolları" QSC (AZAL) də daxil olmaqla 28 sərnişin aviaşirkəti uçuşlar yerinə yetirib. Xaricə gedən sərnişinlərin 51,3%-i AZAL-ın payına düşüb.

İstanbul, Moskva, Dubay və Kiyev ən populyar beynəlxalq istiqamətlərin siyahısına liderlik edib - ötən il bu şəhərlərə sərnişin dövriyyəsi 1,37 mln. nəfər təşkil edib.

Xəbərin vaxtı: 06-01-2017
Oxunma sayı: 140

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...