İcra başçısının qudası məhkəmə önündə - 60 minlik qalmaqal


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elşən Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Millətinsəsi.info bildirir ki, "Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə olan prosesdə şahidlərin dindirilməsi mərhələsi keçirilib.

Hakim bildirib ki, şahidlərdən birinə dəfələrlə bildiriş göndərilsə də, o məhkəməyə gəlməyib. Buna görə də həmin şəxs barəsində məcburi gətirilmə qərarı çıxarılıb. Polis əməkdaşları həmin şəxsi gün ərzində tapıb məhkəməyə gətirəcəklərinə söz veriblər.

Bu səbəbdən məhkəmə prosesində qeyri-müəyyən müddətə fasilə elan olunub.

Zərərçəkmiş, iş adamı Mübariz Əzimov bildirib ki, E.Kərimov ondan təxminən 60 min dollarlıq tikinti materialı alıb qaytarmayıb: "Mən 2001-ci ildən Dərnəgül şossesində Tikinti materiallarının şatışı ilə məşğul oluram. 2015-ci ildə qonşu dükanın sahibi İbrahim mənə dedi Elşən Kərimov ondan tez-tez nisyə mal götürür və 15 günə qaytarır. Razılaşsam, məndən də mal götürə bilər. İbrahim özü zamin durduğunu dedi, mən də razılaşdım. Elşən malları aldı, mən də hamısını qaiməyə yazıb özünə verirdim. Mənə 20 günə borcunu qaytaracağını dedi, o müddət rəzində cəmi 6 min manat ödədi. İyirmi gün tamam olanda Elşən yoxa çıxdı.

Maraqlananda bəlli oldu ki, bizdən malları tikintidə istifadə adı ilə alıb başqasına satırmış. Onun Noxcanıda malları satdığı Nuru adlı şəxsi tapdıq. Nuru dedi ki, bütün malların pulunu nağd ödəyib, qiymətləri soruşanda bildik ki, Elşən materialları bizdən aldığından 30-40 faiz ucuz satıb. Başa düşdüm ki, Elşən bizi aldadıb. Sonra onu Yevlaxda tapdıq, dedi ki, Nurudan aldığı pulu bizim bazarda borclu olduğu başqa şəxslərə verib”.

M.Əzizov mətbuata müraciətində bildirib ki, E.Kərimov Abşeron rayon icra başçısı İradə Gülməmmədovanın qudasıdır.

Xəbərin vaxtı: 06-01-2017
Oxunma sayı: 173

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: