"Elektrik enerjisi sistemimizə ABŞ-dan kiber hücum edilib"

İlgili resim
Türkiyənin elektrik enerjisi sisteminə yanvarın 5-də əsasən ABŞ-dan kiber hücum edilib.
"Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak bildirib.
"İstanbulun elektrik enerjisinə olan ehtiyacının böyük hissəsi Anadolunun hesabına təmin edilir. Tarixdə ilk dəfə Sakaryada 7 elektrik xətti qırılıb. Yüksək gərginikli 38 elektrik dirəyi aşıb, 250-dən artıq dirəyin qülləsi qopub. Küləyin saatda 70 km-lə əsməsi təbii fəlakət baş verdiyini deməyə əsas verir. Bununla belə, külək ciddi hadisəyə də yol açıb.
Dünən əsasən ABŞ-dan kiber hücum həyata keçirilib. Bu baxımdan tədbirli olmalıyıq. Bununla belə, enerji və elektrik istehsalı baxımından elə bir risk yoxdur”, - nazir vurğulayıb. 

Xəbərin vaxtı: 06-01-2017
Oxunma sayı: 142

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...