Ötən il 141 minə yaxın daşınmaz əmlak icbari qaydada sığortalanıb


2016-cı ildə 140 848 sayda daşınmaz əmlakın icbari sığortası müqaviləsi bağlanıb.
 
İcbari Sığorta Bürosundan (İSB) "APA-Economics"ə verilən məlumata görə, həmin müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 25,2 mln. yaxın olub.
 
2015-ci il ilə müqayisədə bu növ üzrə icbari sığorta müqavilələrinin sayında 30%, sığorta haqlarının məbləğində 1,5% artım müşahidə edilib.
 
Bağlanmış daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 80,78%-i yaşayış evləri və mənzillər, 0,30%-i inzibati binalar, 18,92 %-i digər daşınmaz əmlakla bağlı olub.
 
2016-cı ildə icbari sığortaya cəlb olunan daşınmaz əmlakın 31%-i Bakı, 4,4%-i Sumqayıt, 3,9%-i Abşeron, 3,7%-i Gəncə, 2,6%-i Lənkaran, 54%-i isə digər şəhərlərinin payına düşür.

Xəbərin vaxtı: 06-01-2017
Oxunma sayı: 92

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...