Fotoaparatının kreditini ödəyə bilməyən gənc özünü ASDI


Bakıda intihara cəhd olub.
Sabunçu rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 27 yaşlı Müslümov Natiq Tahir oğlu yaşadığı evin həyətində özünü asıb. Valideynləri tərəfindən dərhal xilas edilən N. Müslümov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti normal qiymətləndirilir.
Məlumata görə, N. Müslümov şadlıq evlərindən birində fotoqraf kimi çalışır. Bir müddət əvvəl o, kreditə bahalı fotoaparat götürüb. Lakin krediti ödəyə bilmədiyi üçün özünə qəsdə əl atıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin vaxtı: 06-01-2017
Oxunma sayı: 124

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...