Donald Tramp ABŞ-ın bütün ölkələrdəki səfirlərini geri çağıracaq


ABŞ-ın yeni prezidenti Donald Tramp andiçmə mərasimi günü xarici ölkələrə təyin olunmuş bütün səfirləri geri çağıracaq.
 
Millətinsəsi.info-nun xəbərinə görə, bu barədə "New York Times" qəzeti D. Trampın planı ilə tanış olan bir neçə diplomata istinadən məlumat yayıb.
 
Qəzet yazır ki, D. Tramp bununla bağlı ABŞ Dövlət Departamentinə bildiriş göndərib.
 
D. Trampın keçid komandasının dekabrın 23-də göndərdiyi bildirişdə Obama Administrasiyası dövründə təyin olunmuş bütün səfirlərin istisnasız olaraq yanvarın 20-də geri çağırılacağı deyilir.
 
D. Tramp artıq Çin və İsrail kimi bəzi ölkələrə kimləri səfir təyin edəcəyini açıqlayıb.
 
Qeyd edək ki, D. Trampın inauqurasiya mərasimi yanvarın 20-da keçiriləcək.
 
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutadır. O, 2015-ci ildən bu vəzifəni icra edir.

Xəbərin vaxtı: 06-01-2017
Oxunma sayı: 140

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...