"Polat" şirkətinin qanunsuz və "faydasız" qazıntıları - lisenziya əvəzinə "centlmen sövdələşmələri"

Azərbaycan Respublikası ərazisində yerin təkindəki ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsinə "Yerin təki haqqında” Qanuna müvafiq olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi xüsusi razılığa (lisenziyaya) "Dağ-mədən ayırması” statusuna əsasən icazə verilir. Yer təkinin istifadəyə verilən sahələrində ümumi yayılmış faydalı qazıntıları (qum, çaqıl, çınqıl, gil, gillicə, qumdaşı, qırmadaş, təbaşir, əhəngdaşı, balıqqulağı, şist və s.) çıxarmaq hüququ verən xüsusi razılığa və ya icazəyə müvafiq "Dağ-mədən ayırması” almaq üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin adına ərizə ilə müraciət edilir. Ərizəyə bir sıra sənədlər, ilk növbədə isə yerin təkindən istifadə məqsədilə müvafiq torpaq sahəsinin ayrılmasına torpaqdan istifadəyə nəzarət edən müvafiq icra hakimiyyəti (hazırda Əmlak Məsələləri üzrə Dövlət Komitəsi) orqanının razılığı əlavə olunmalıdır. Ancaq redaksiyamıza daxil olan səhih məlumata görə "Polat" şirkəti Beyləqan rayonunun Binnətli kəndi ərazisində dövlət fond torpaqlarına soxularaq, kəndlilərin əkin yerlərini alaraq qeyri-qanuni istismarla məşğuldur. 
Millətinsəsi.info-nun məlumatına görə, Sonolay.org-un bu xüsusda apardığı araşdırmaları zamanı məlum olub ki, 7 saylı Ərazi Ekologiya va Təbii Sərvətlər Şöbəsinin eksprt rəyi olmadan hərəkətə keçən "Polat" şirkəti faydalı qazıntıları emal etmədən (əslində şirkətin profili də bunu həyata keçirməyə imkan vermir), yəni sözün həqiqi mənasında faydalı hala gətirmədən birbaşa "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən inşası həyata keçirilən Beyləqan-Gəncə yolunun yatağına daşıyır. Bu isə o deməkdir ki, keyfiyyətsiz yaqtaq üzərində salınan asfalt yol çox keçmədən dağıla, inşaat üçün ayrılan dövlət vəsaiti hədər gedə bilər. Heç şübhəsiz ki, burada söhbət çox ciddi korrupsiyadan, mənimsəmələrdən gedir. Deyilənə görə "Polat" şirkətinin "Azəravtoyol"a bu cür etibarsız tərəf müqabilliyini davam etdirməsi, icazəsiz qazıntı ilə məşğul olması yuxarıdakı havadarlarının tapşırıqları, "centlmen sövdələşmələri" əsasında həyata keçirilir. 

Xatırladaq ki, saytımız hələ iki il əvvəl "Polat" şirkətinin Qazanbulaq yolunun təmirinə ayrılan vəsaiti mənimsəməsi məsələsini də ilk gündəmə gətirən KİV olmuşdu. 

Qeyd edək ki, Ekologiya va Təbii Sərvətlər Nazirliyi "Polat" şirəkətinin lisenziyası ilə bağlı rəsmi açıqlama verəcəkdir.
Mövzuya qayıdacağıq.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.




















Xəbərin vaxtı: 06-01-2017
Oxunma sayı: 386

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: