Rövşən Rzayev: "Ermənilərlə Qarabağda görüşə bilərik"


"Ermənistan tərəfində sülh uğrunda mübarizə aparan şəxslərin Bakı Platformasına qoşulmasını istəyirik”.

Millətinsəsi.info xəbər verir ki, bunu AzVision.az-a Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev "Ermənistanla Azərbaycan arasında sülh üçün platforma”sının əhəmiyyətindən danışarkən deyib.

Deputat bildirib ki, vətəndaş cəmiyyəti olaraq bu istiqamətdə platformaya dəstək verilir: "Hər iki ölkənin nüfuzlu şəxsləri bu platformaya öz dəstəyini verə bilsə, həmçinin platformaya digər dövlətlərin siyasiləri, rəhbərləri dəstək versələr, hər iki xalqın itirilmiş münasibətlərinin bərpası istiqamətində atılan addımlar öz bəhrəsini verə bilər. Bu da öz növbəsində böyük sülh danışığına töhfə olar. 

Hesab edirəm ki, qarşı tərəf bu addımları müsbət və düzgün dəyərləndirə bilsə, təbii ki, bizim görüşlərimiz başlayacaq. Həmçinin bu görüşlərdə intensivlik olacaq. Bundan sonra nəinki Qarabağda, dünyanın bütün ölkələrində görüşlər ola bilər. Sülh prosesinə dəstək vermək istəyən insanları cəlb etməklə Cənubi Qafqazda olan böyük problemin qarşısını ala bilərik. Niyyətimiz ancaq bundan ibarətdir”. 

Milli Məclisin üzvü qeyd edib ki, qısa müddətdə bir çox dövlətlərdən və şəxslərdən Sülh Platformasına dəstək müşahidə olunur: "Bəzi şəxslər bizim düzgün yolda olduğumuz barədə mövqelərini ifadə edirlər. Bundan əlavə bizimlə həmfikir olduqlarını qeyd edirər. Britaniyalı politoloq Tomas de Vall qeyd edib ki, bu doğru istiqamətdir. Bu kimi dəstək nə qədər çox olsa, qarşı tərəf düzgün mövqeyə addım ata bilər”.

Xəbərin vaxtı: 05-01-2017
Oxunma sayı: 88

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: