“Hərbi vəziyyət haqqında” qanun layihəsi yaz sessiyasında qəbul olunacaq


Milli Məclisin tətili yanvarın 15-də başa çatır. Fevral ayının 1-də isə parlamentin yaz sessiyasının ilk iclası keçiriləcək.
Millətinsəsi.info-nun məlumatına görə, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Zahid Oruc Modern.az-a açıqlamasında deyib ki,  "Hərbi vəziyyət haqqında” qanun layihəsi yaz sessiyasında qəbul olunacaq.
"İlk "Hərbi vəziyyət haqqında” qanun 1994-cü ildə qəbul olunub. Ondan sonrakı dövrdə ictimai-siyasi münasibətlərin xarakteri elə dəyişilmişdi ki, dövlət sirlərinin qorunması üçün yeni mühüm addımlara ehtiyac vardı. İlk olaraq biz bu amilləri nəzərə aldıq. Bildiyimiz kimi, 2014-cü ilin avqustunda ermənilər təxribata əl atmışdılar. Həmin döyüşlərlə bağlı səhih olmayan məlumatlar bəzi KİV-lərdə yerləşdirilirdi. Bir sıra hallarda ictimai təhlükəsizliyimizə zərbə vuran tendensiyalar görünürdü. Ona görə də dövlət tərəfindən müəyyən addımlar atıldı ki, KİV-lər bu məqamları gözləsin. Bundan sonra "Hərbi vəziyyət haqqında” qanunda dəyişiklik edilməsi zərurəti meydana çıxdı. Ötən dəfə parlamentin plenar iclasına da çıxarıldı. Orada müxtəlif təkliflər və fikirlər səsləndi”.
Deputat hesab edir ki, "Hərbi vəziyyət haqqında” qanun komitə rəhbərliyi tərəfindən bir daha da dəyərləndiriləcək.
"Amma "Hərbi vəziyyət haqqında” qanunda ən vacib prinsipial müddüəlar nəzərə alınacaq. Düşünürəm ki, yeni qanun layihəsi yeni dövrün çağırışlarına çox uyğundur. Parlament də dövlət başçısı tərəfindən gələn bu sənədi qəbul edəcək və ordumuza o işlərdə kömək etmiş olacaq”.

Xəbərin vaxtı: 05-01-2017
Oxunma sayı: 85

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: