Sumqayıtın ən gur yerində açıq-aşkar pirotexnika satışı-Hətta mebel dükanında da satılır,yüz dəfə yığışdırılsa da…

Sumqayıtın ən gur yerində açıq-aşkar pirotexnika satışı-Hətta mebel dükanında da satılır,yüz dəfə yığışdırılsa da…
Gizlin,”əl altından” satanları polis niyə daha yaxşı görür,nəinki açıq-aşkar satanları…

Yeni il yaxınlaşdıqca "partladan" və fişəng mövzusu gündəmə gəlir.

Millətinsəsi.info bildirir ki, hər il yeni il ərəfəsində ölkənin müxtəlif bölgələrində, əsasən də paytaxt Bakıda tez alışan maddələr və pirotexniki məmulatların, el dili ilə desək, "vzrıvpaket"lərin partladılmasının şahidi oluruq. Bildiyiniz kimi, bu zaman böyük səs-küylə yanaşı, ətrafa xoşagəlməz qoxu da yayılır. Düzdür, ölkənin hüquq- mühafizə orqanlarnın əməkdaşları bu cür maddələrin satılması ilə mütəmadi reydlər aparsalar da, pirotexniki məmulatların ölkəyə gətirilməsinin qarşısını almaq hələlik nədənsə mümkün olmur. Qarşıdan gələn yeni il bayramı ilə əlaqədar ən çox uşaqların xoşladığı, istifadə etdiyi, lakin qanunla qadağan edilmiş, partladılan zaman səs-küyü insanların narahatçlığına səbəb olan pirotexnikanın satışı bir çox rayon və şəhərlərdə açıq şəkildə həyata keçirilir.

Məsələn, göndərilən şəkildə dünən Sumqayıt şəhərindəki "Nizami” parkında, dahi şairimiz Nizami Gəncəvinin abidəsinin

düz qabağından çəkilib.Keçən ilə baxanda bu il Sumqayıtda pirotexniki vasitələrin açıq satışı az gözə dəyməsinə baxmayaraq kifayət qədər yerdə satılır. Nizami parkından başqa ,parkın yaxınlıqdakı Forte Fashion Ticarət Mərkəzinin düz qapısının ağzında, 9-cu mikrorayon, «Şərq» bazarının yaxınlığında, Üzeyir Hacıbəyov küçəsində yerləşən Viləş Mebel Mərkəzində( əvvəllər "Viləş 98 market”) və digər yerlərdə də pirotexniki partlayıcı maddələr aşkarcasına satılmasını mühahidə etmək olar .Bu şəhərin yalnız bir yerində müşahidə olunan görüntülərdir. Çox güman ki, şəhərin təkcə bu yerlərində deyil, digər yerlərində də partlayıcı maddələr belə şəkildə satılır. Yəqin ki,Yeni il yaxınlaşdıqca bu cür satış nöqtələri daha da artacaq. Əlbəttə ki, əgər müvafiq orqanlar bu cür özbaşnalığa göz yummaqda dəvam etsə... Hələ gizlin, "əl altından” satılan obyektləri demirik.Onu da qeyd edək ki, Viləş Mebel Mərkəzində( əvvəllər "Viləş 98 market”)artıq 10 ildən çoxdur ki,(bəlkə də 20 il)hər il yenil qabağı hər cür, pirotexniki məmulatlar-"vzrıvpaket"dən tutmuş böyük fişənglərə qədər heç kimdən çəkinmədən xüsusi piştaxtda marketdəkitək satılır.Satan da qadınlardır.Özü də əksər sumqayıtlılar buranı pirotexniki partlayıcı maddələrin açıq və yenil qabağı həmişə satıldığı yer kimi tanıdığından bura məşhurdur.Əvvəllər market kimi fəaliyyət göstərən Viləş Mebel Mərkəzində indi adından da göründüyü kimi mebel satılır və burda , "vzrıvpaket"lər hər il neçə də reyd nəticəsində "müsadirə” olunur və elə səhəri gün "müsadirə olunan” yenidən satılır. Qanunsuzluq bir yana qalsın mebel dükanı pirotexniki vasitələrin satışına heç cür uyğun gəlmir axı.. Ən azından yanğın baxımından təhlükəlidir.

Görəsən bu dükanın sahibini kim,hansı sirli,güclü qüvvə himayədarlıq edir ki,bu qüvvə Azərbaycan qanunlarına üstün gəlir?! Çox müəmmalıdır... Demək belə çıxır bu qanunlar Sumqayıta,belə yerlərə aid deyil ?!

Maraqlıdır ki, yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki partlayıcı maddələrin satışı ölkədə qadağan olunduğu halda Sumqayıtda o günün günorta çağı açıq-aşkar,şəhərin düz mərkəzində,gur yerdə, hamının gözü qarşısında necə satılır. Görəsən doğrudanmı hüquq–mühafizə orqanları partlayıcı maddələrin bu qanunsuz satışını görmür?! Ümumiyyətlə bu mümkündürmü?!Axı ərazidə hər gün ən azından onlarla polis, post-patrul xidməti əməkdaşları, sahə müvəkkili xidmət edir. Bəs onlar hara baxır?! Maraqlıdır,qadağan olunmuş malların şəhərin mərkəzində açıq şəkildə satılmasına niyə aidiyyatı qurumlar bir söz demir ? Məlumatlı mənbənin dediyinə görə həmin "biznesmenlər” 10 günlük açıq satışına "icazə” almaq üçün bir neçə min manat haqq verirlər. Aydındır ki,yeni il ərəfəsində pirotexniki vasitələrə tələbat birdən-birə çox artır və bu haqqı ödyənlər də bilirlər ki, "vzrıvpaket"i kifayət qədər və baha sataraq yaxşı xeyir götürəcəklər,verdikləri neçə mini artıqlaması ilə çıxaracaqlar. Əlbəttə pirotexniki vasitələri gizlin satanlar da az deyil,amma onlar bunu cərimə olunmaq risk altına girərək edirlər. Çox maraqlıdır ki, "nədənsə” onları hüquq-mühafizə orqanları daha tez görür,mallarını müsadirə edir ,nəinki,açıq-aşkar satanları... Onu da nəzərə alın ki, bu cür müvəqətti qanunsuz səyyar satış ilə məşğul olanlar haqqdan başqa çox güman ki, kimlərəsə

yerpulu da verirlər, həmçinin özləri də vergi ödəmirlər ki, bu da başqa bir qanunsuzluqdur.

Məlumat üçün bildirim ki,inzibati tədbirlərə, həkimlərin belə məhsulların sağlamlığa mənfi təsir etdiyini bildirməsinə baxmayaraq ölkədə fişəng tapmaq çətin deyil. Dövlət Gömrük Komitəsinin internet saytında yer alan məlumata görə, 23 dekabr, 2003-cü il tarixli, 565 saylı qanuna əsasən partlayıcı maddə və qurğuların, eləcə də tezalışan maddələrin və pirotexniki vasitələrin mülki dövriyyəsi tamamilə məhdudlaşdırılıb. (Bildiyimiz kimi yalnız xüsusi icazə əsasında idxalına yol verilən bu tip qurğu, maddə və məmulatların vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilməsi, satışı və istifadəsi qanunla qadağan olunub. Buna baxmayaraq ölkədə həmişə, xüsusən də bayramlar ərəfəsində belə vasitələrin açıq satışına rast gəlmək olur. İstifadəsi yüksək səs-küylə müşayiət olunan, insan sağlamlığı üçün təhlükə törədən pirotexniki və tezalışan malların satışı aşkarlandığı halda İnzibati Xətalar Məcəlləsinin 224-cü maddəsinə əsasən fiziki şəxslər üçün buna görə 350-500 manat, vəzifəli şəxslər üçün isə 1650-2200 manat məbləğində cərimə də nəzərdə tutulub. Araşdırmalar onu deməyə əsas verir ki, bu tip məhsulların üzərində istifadə qaydaları və digər məlumatlar öz əksini tapmayıb. Odur ki, bu məhsullar təhlükəsizlik normalarına cavab vermədiyindən orqanizm üçün təhlükəlidir. Şübhəsiz, tez alışan maddələr və pirotexniki məmulatlar ölkəyə qeyri-leqal yollarla gətirilir. Ancaq o da bir faktdır ki, "vzrıvpaket"lərin hələ də satışının davam etməsinin əsas səbəbi bazar iqtisadiyyatının özülünü

təşkil edən tələb-təklif prinsipidir. Amma tez-tez rəsmi məlumatlarda eşidirik ki, oxumaq olur ki, Gömrük Komitəsinin əməkdaşları, polis işçiləri orda-burda, filan yerdə neçə minsə, külli miqdarda yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitə aşkar edilərək götürür, müsadirə edir, filan-beşməkan...

Sözsüz, əhali arasında "vzrıvpaket" adlandırılan partlayıcılar uşaqları sevindirsə də, böyükləri ciddi şəkildə narahat edir. Çünki partlayıcı vasitələrin təhlükəli olması ilə yanaşı, onun yaratdığı "atəş" səsləri insanların rahatlığını pozur.

Sonda onu da qeyd edim ki, müvafiq qurumlarla yanaşı, cəmiyyət özü də bu cür təhlükəli maddələri satanlarla qarşı mübarizə aparmalı, onları boykot etməlidir .

Yəqin ki, daha doğrusu ümid edirik ki, rəsmi qurumlar məsələ ilə bağlı bir tədbir görəcək...

Xəbərin vaxtı: 05-01-2017
Oxunma sayı: 117

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...