Göyçayda üsyan: bağlanan bağçanın müəllimlərinin maaşı verilmir

Göyçayda üsyan: bağlanan bağçanın müəllimlərinin maaşı verilmir 
Göyçayda şəhid Mehman Muradov adına 4 saylı uşaq bağçasını əsaslı səbəb göstərilmədən fəaliyyətini dayandırıblar

Millətinsəsi.info bildirir ki, bu barədə Politika.Az-a yerli sakinlər məlumat verib. 

Qeyd olunan bağça Göyçay şəhərinin mərkəzində yerləşir və ən aktiv uşaq bağçalarından biri hesab edilirdi. 

Bundan əlavə bir neçə aydır ki, bağçanın işçilərinin maaşları da verilmir. Gəzən söz -söhbətlərə görə, ancaq maaşların 60-70 faizi veriləcək.
Bağçanın bağlanma səbəblərindən biri də bağçanın köhnə və istifadəyə yararsız halda olması qeyd edilir. 

Amma bunun müəllimlərin maaşının kəsilməsinə bağlamaq düzgün deyil. Təcili şəkildə Təhsil Nazirliyinin məsələyə müdaxiləsi tələb olunur. 

Bu həm Əmək Məcəlləsinin kobud şəkildə pozulmasıdır, həm də əhalinin iqtisadi vəziyyətinin ağırlaşdığı dövrdə imtahan çəkilməsidir. 

Ümumiyyətlə, ilin sonundan bəri maaşlar bir çox istehsalat müəssisələrində ödənilmir. Məsələn, "Azeristeel” şirkəti əməkdaşlarının maaşlarını hələ də vermir. 

Bu şirkətin əməkdaşları, xüsusən də yerli mühəndislər və fəhlələr aylardır əmək haqqı ala bilmirlər. Yeni il gəlib və indiyə qədər əmək haqları ödənilməyib. 

Azərbaycanda işsizlər ordusunun sıraları genişlənir. Devalvasiya iş yerlərində ixtisarlara və müəssisələrin qapadılmasına səbəb olur.

Deputatlar da Tarif Şurasının qərarlarını, bank siyasətini, hökumətin iqtisadi prosesləri idarəçiliyini sərt tənqid edir. 

Ölkədə işsizlik baş alıb getdikcə, bahalaşma davam etdikcə aztəminatlı ailələrin, imkansız insanları, təqaüdçülərin, köçkünlərin və şəhid ailələrinin və digər təbəqə insanların iqtisadi vəziyyəti daha da ağırlaşır.

Antiböhran tədbirlərinin ləng getməsi nəticəsində iri mağazalar, dükanlar, yarmarkalar müflisləşir, bağlanır, minlərlə insan iş yerlərini itirir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Xəbərin vaxtı: 05-01-2017
Oxunma sayı: 781

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...