İŞİD əmiri öldürüldü


Türkiyə Silahlı Qüvvələri Suriyada apardığı "Fərat qalxanı" əməliyyatının 135-ci günündə də "İslam dövləti” (İŞİD) mövqelərinə zərbələr endirib.
Millətinsəsi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, antiterror əməliyyatı çərçivəsində İŞİD-in 74 mövqeyi müəyyən edilib. Həmçinin terrorçuların döyüş postları, səngərlər, avtomobillər atəşə tutulub.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, 20 terrorçu zərərsizləşdirilib və onlardan biri İŞİD əmiridir.
Bundan başqa, Türkiyə qırıcılarının zərbələri nəticəsində 28 İŞİD hədəfi məhv edilib, 18 terrorçu zərərsizləşdirilib.

Xəbərin vaxtı: 05-01-2017
Oxunma sayı: 175

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: