Əsgərimizin axtarışı üçün beynəlxalq təşkilatlardan kömək istənildi - RƏSMİ


Dekabrın 29-da Azərbaycan Respublikası dövlət sərhəddini pozmağa cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlunun sonrakı taleyinə aydınlıq gətirilməsi məqsədilə aidiyyəti beynəlxalq təşkilatlarla birlikdə araşdırma işləri aparılır.
Millətinsəsi.info bildirir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Modern.az-a məlumat verilib.
Məlumatda həmçinin bildirilib ki, araşdırmanın nəticəsi barədə ictimayyətə əlavə məlumat veriləcək.

Xəbərin vaxtı: 29-12-2016
Oxunma sayı: 664

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...