Elgün Səfərov: "Məişət zorakılığı törədənlərin 92 faizi orta təhsillidir"

Картинки по запросу Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov 
Azərbaycanda məişət zorakılığını törədən şəxslərin təhsil səviyyəsi açıqlanıb.
 
Millətinsəsi.info-nun xəbərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov komitənin kollegiya iclasında bildirib ki, məişət zorakılığını törədən şəxslərin 1,1%-i ali, 3,8%-i orta ixtisas, 3,2%-i ilk peşə ixtisas, 91,9%-i isə tam orta təhsillidir.

"Ailə-məişət zəminində törədilən cinayətlərə, zorakılıq hallarına gəldikdə deməliyəm ki, cinayətlərin 95,7%-i kişilərin, 4,3%-i isə qadınların payına düşür" - deyə şöbə müdiri qeyd edib.

Xəbərin vaxtı: 29-12-2016
Oxunma sayı: 209

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...