İmişlidə “Qarabağ mübarizləri” layihəsi çərçivəsində seminar təşkil edilib

 İmişlidə “Qarabağ mübarizləri” layihəsi çərçivəsində seminar təşkil edilib
23 dekabr 2016-ci il tarixdə İmişli Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən icra edilən "Qarabağ mübarizləri” layihəsi çərçivəsində seminar təşkil edilib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri, "İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov gəncləri salamlamış, donor təşkilat, ölkədə uğurla həyata keçirilən gənclər siyasəti, layihənin məqsəd və vəzifələri haqqında ətraflı məlumat vermişdir. Tədbirdə qonaqqismində iştirakedən İmişli rayon Gənclər və İdman İdarəsinin rəisi Ramin Cəfərov öz çıxışında ölkədə uğurla aparılan gənclər siyasətindən eləcə də idman sahəsində əldə olunan uğurlardan söz açaraq idmançılarımızın ölkəmizi xarici ölkələrdə təşkil olnan müxtəlif beynəlxal qyarışlarda uğurla təmsil etmələrindən, bayrağımızı ucaldaraq vətənimizə qızıl və gümüşmedallarla qayıtmalarından bəhsetmişdir. Regionlarda bu cür layihələrin keçirilməsi gənclərdə idmana olan marağı artırmaqla yanaşı dövlətin gənclərlə bağlı siyasətinə uyğun olaraq gənclərdə vətənpərvərlik hissinin yüksəlməsinə və onların zərərli vərdişlərdən uzaq olması ilə yanaşı müxtəlif idman oyunları üzrə uğurlu nailiyyətlər əldə etməsinə səbəb olacağını da diqqətə çatdırmışdır. Bütün bunlar ölkə rəhbəri cənab İlham Əliyevin idmana olan diqqət və qayğısından irəli gəldiyini vurğulamışdır. Tədbirdə çıxış edən layihə eksperti, hal hazırda ehtiyyatda olan baş leytinant Məzahir Çıraqov müxtəlif idman növlərindən bəhs edərək gənclərə könüllü olaraq hərbi xidmətə gedərək ordu sıralarında göstərdiyi şərəfli döyüş xidmətlərindən bəhs etmiş, ölkədə gənclərə yaradılan yüksək şəraitdən danışaraq yanvar ayında keçiriləcək idman yarışları üçün gənclərdə idmana maraq oyatmışdır. Layihənin əsas məqsədi region gəncləri arasında idman oyunlarınının təşkil olnması ilə vətənpərvərlik ruhunun yüksəldilməsinə dəstək olmaqdan ibarətdir.
İmişlidə “Qarabağ mübarizləri” layihəsi çərçivəsində seminar təşkil edilib
İmişlidə “Qarabağ mübarizləri” layihəsi çərçivəsində seminar təşkil edilib

Xəbərin vaxtı: 24-12-2016
Oxunma sayı: 310

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...