“Azəriqaz”ın Suraxanı şefi Qaraçuxura işgəncə verir: “Əkbər müəllim, donuruq…”


"Azəriqaz” İstehsalat Birliyinin Suraxanı rayon İdarəsi Qaraçuxur sakinlərinə işgəncə verir

Millətinsəsi.info-nun məlumatına görə, bu barədə Politika.Az-a qəsəbə sakinlərinin verdiyi məlumata görə, qış gələndən onlara zülm olunur. 

Sakinlər deyirlər ki, "Dərə” deyilən massivdə ya qaz kəsilir və gün ərzində verilmir, gah da aşağı təzyiqlə verilir: "Qış gələndən körpələr tez-tez xəstələnir. 
Evlərimiz bum-buzdur. Suraxanı qaz idarəsinin müdiri isti kabinetində əyləşib, camaatı fikirləşmir. Qazın pulunu artırmaq az deyil, hələ bir kəsirlər də”. 

Şikayətçilər deyirlər ki, Qaraçuxur qəsəbəsi, Şimal yaşayış sahəsi, döngə 14, Nizami İsmayılov küçəsi ünvanında qaz yoxdur: "Olanda da şam kimi gəlir. Evlərimizdə donuruq. Əkbər Hacıyev idarələrə niyə göstəriş vermir ki, qazın təzyiqi artırılsın? Nə qədər üst-üstə geyinib oturmaq olar? Onları camaatın taleyi maraqlandırmır”.

Sakinlər bildirirlər ki, Ə.Hacıyevin bircə göstərişi problemin həllinə kifayət edir: "Əkbər müəllim, donuruq, imdad diləyirik, yalvarırıq, bu qışın şaxtasında, sazağında yaşlı adamlara, körpələrə yazığınız gəlsin. Suraxanı qaz idarəsinin müdiri hər kimdirsə, bizim qəsdimizə oturub”. 
Son zamanlar "Azəriqaz”ın yerli idarələrindən şikayətlər səngimək bilmir. Abonentlər müxtəlif özbaşınalıqlarla üzləşir.

Yada salaq ki, Sabunçu Qaz İdarəsi rəhbərliyi sə Bakıxanov qəsəbəsində yerləşən "Akkord” yaşayış kompleksində də texniki baxışla bağlı xəbərdarlıq edib. 

Hər il bu baxış keçirməklə külli miqdarda vəsait əldə olunur. İndi böhran dövrüdür, prezident islahatlara başlayıb ki, insanların sosial həyatında çətinlik olmasın. 

"Azəriqaz”ın Sabunçu şöbəsi isə camaatı incitməklə məşğuldur. "Akkord”da yaşayan sakinlər Əkbər Hacıyevdən xahiş edirlər ki, tezliklə Sabunçu Qİ rəhbərliyinə göstəriş versin ki, baxış saxlanılsın. 

Millət vəkili Çingiz Qənizadə paytaxtda qazın zəif təzyiqdə olması ilə bağlı bunları demişdi: "Camaatın üzünə baxa-baxa qeyd edirlər ki, təlabata uyğun olaraq mavi yanacaq verirlər. Tamamilə yalandır. Elə qaz verirlər ki, çaynik 1 saata qaynayır. Yalan danışmaq əvəzinə qazın təzyiqini artırmaq lazımdır”.

Daha bir şikayət isə Beyləqandan gəlib. Rayonda sakinlərə verilən qaz normal təzyiqlə verilmir. Bəzən sakinlərə verilən mavi yanacağı qarlı-şaxtalı günlərdə də heç bir xəbərdarlıq etmədən dayandırırlar. 

Belə hallar tez-tez baş verir. Yaranmış bu problemi Ağdam Regional Qazpaylayıcı İdarəsi aradan qaldırmalıdır, amma qeyd olunan idarə heç bir addım atmır.

Xəbərin vaxtı: 22-12-2016
Oxunma sayı: 520

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: