“Bakcell”də müdhiş fırıldaq: Abunəçi soyulur, amma bunu sübut edə bilmir

Abunəçi soyulur, amma bunu sübut edə bilmir
Millətinsəsi.info xəbər verir ki, "Bakcell” mobil operatorunun abunəçisi Politika.Az-a şikayət məktubu ünvanlayıb

Şirkətin fırıldaqlarından yazan oxucumuz bildirir ki, "Bakcell” mobil operatorunda Klass nömrələrində dekabr ayının əvvəllərində problem yaşanıb: "Belə ki, "Bakcell”in Klass L tariflinində tətbiq olunan qaydalara görə, abunəçi hər ay 5 manat aylıq abunə haqqı qarşılığında ölkədaxili bütün istiqamətlərə 100 dəqiqə danışıq, 200 MB internet və pulsuz Whatsapp əldə edir. Aylıq abunə ödənildiyi halda qiymətlərə gəlincə isə bonusdan kənar ölkədaxili hər 1 dəqiqə=0.06 qəpik (hesablama intervalı 10 saniyə), aylıq abunə haqqı ödənilmədiyi halda isə 1 dəqiqə=0.07 qəpik(hesablama intervalı 20 saniyə) tarifi ilə hesablanır. Mən də 055 681 46 97 nömrəsində aylıq abunə haqqını ödəyib paketdə təqdim olunan ölkədaxili 100 dəqiqə danışığımı bitirdikdən sonra əlavə olaraq 2 manat məbləğində balansımı artırıb danışıq apardım. Danışığmı bitirdikdən sonra gördüm ki, məndən pul 1 dəqiqə=0.07 qəpik hesabı ilə çıxılır. Lakin mobil operatorun qaydalarına əsasən aylıq abunə haqqı ödənildiyi halda danışıqlar 1 dəqiqə=0.06 qəpik tarifi ilə hesablanmalı idi. Mən isə aylıq abunə haqqını ödədiyim halda danışıqlar niyə 7 qəpik tarifi ilə hesablandığını dəqiqləşdirmək üçün "Bakcell”in 555 məlumat mərkəzinə zəng etdim. 

Zəng etdikdə belə bir anons səsləndi: "Hörmətli abunəçi! Nəzərinizə çatdırmaq istərdik ki, aparılan texniki işlər nəticəsində bəzi xidmətlərin düzgün fəailiyyət göstərmədiyi ilə rastalaşa bilərsiniz! Yaranmış narahatçılığa görə üzr istəyirik!" Sonra isə operatora bağlandım. "Bakcell” təmsilçisinə problemi izah etdikdən sonra təmsilçi sistemdə nömrəmi yoxlayıb, anlatdıqlarımın doğru olduğunu görəndən sonra mənə bildirdi ki: "Hal-hazırda Klass nömrələrində çətinlik var. Çətinlik kütləvidir. Mən sizin nömrəni qeydə alacam. Yoxlanılıb balans itkisi varsa əgər bərpa olunacaq". Mən də bu sözdən sonra operatorla sağollaşdım. Bu hadisə 04.12.2016-cı il tarixində baş verib. Həmin gündən 2 gün sonra yəni 06.12.2016-cı il tarixində mənə zəng etmək lazım olduğu üçün balansıma 1 manatlıq danışıq kartı yükləyib zəng etdim və yenidən bütün danşıqların təkrar 1 dəqiqəsi=0.07 qəpik tarifi ilə hesablandığını gördüm. Təkrar 555-ə zəng etdim. Operator bildirdi ki: "Bəli nömrənizdə qeydiyyat var yoxlanışdadır. Yoxlanış bitdikdən sonra sizə məlumat təqdim olunacaq. Bir çox abunəçilərdə balans itkisi var texniki işlər hələ davam edir. Narahat olmayın balansınızdakı itki bərpa olunacaq". Məndə təkrar sağollaşdım, düşündüm ki, bir neçə gün də gözləyim görüm bu fırıldağın axırı necə olacaq. Lakin mən problem aradan qaldırılmayıb deyə balansımı artıra bilmir, mobil rabitə xidmətlərindən istifadə edə bilmirəm. Çünki problem aradan qaldırılmamış balansımı yenidən artırsaydım eyni hal yenidən təkrar olunaraq, balansımdan əlavə vəsait çıxılacaqdı. Bir neçə gündə gözlədikdən sonra 12 dekabr günorta saatlarında yenidən "Bakcell”in 555 məlumat mərkəzinə zəng etdim. Kamal adlı operator zəngimə cavab verdi. Operatora balans itkisi ilə bağlı müraciət etmişdim deyə bildirdim müraciətim nə yedədir deyə soruşanda operator bu dəfə mənimlə kobud danışaraq: "Hörmətli abunəçi yaxşı ki, sizdən dəyərli bir şey oğurlanmayıb. Problemdir də sistem çətinliyidir işlər gedir. Gözləyin dedi". Mən isə cavabımda: "Axı nə qədər gözləməliyəm 8 gündür ki, gözləyirəm. Problemə elə yanaşırsız ki, elə bil belə də olmaldır. Bu nə deməkdir? Sizdə məsuliyyət deyilən bir şey var? Bu nə fırıldaqçılıqdır? Nə xidmət səviyyəsi normaldır, nə də keyfiyyət var" dedim. Həqiqətəndə çox əsəbləşmişdim. Kamal adlı operator isə tərbiyəsizcəsinə mənə cavabında: "Xoşunuz gəlmirsə istifadə etməyin. "Bakcell” rəhbərliyi və ya "Bakcell”in hər hansısa bir işçisi sizi məcbur edib ki, "Bakcell”dən istifadə edin? "Bakcell”dən narazısınızsa niyə görə "Bakcell”dən istifadə edirsiniz? Zənginiz üçün təşəkkür deyib əlaqəni kəsdi". Mən belə rəzaləti, belə biabırçılğı hələ heç bir mobil operatorda görməmişdim. Təsəvvür edirsiniz "Bakcell”də 2-3 həftədir çətinlik var bütün Klass abunəçiləri mən də daxil olmaqla əziyyət çəkir balans fırıldağından. Şirkətin isə heç vecinə də deyil. Nəhayət dekabrın 4-dən baş vermiş çətinliyə 16 dekabr saat 17:17-da 01743 nömrəsindən zəng gəldi və bildirildi ki: "Balansınızda itki yoxdur. Əgər itki varsa bunu "Bakcell” Müştəri Xidmətlərinə yaxınlaşaraq 2 manat ödəməklə izahlı qaimə əldə edərək sübut edə bilərsiniz. Sağolun". Təsəvvür edirsiniz, mən balansımdan çıxılan artıq vəsaiti sübut etmək üçün əlavə 2 manat pul verib izahlı qaimə çıxartmalıyam. Bu fırıldaqçılığın isə anoloqu yoxdur. Bax beləcə "Bakcell” adi danışıqlarda fırıldaq gələrək müştəriləri soyur”. 

Şikayətçinin sözlərinə görə, nömrəsini Mobil Nömrələrin Daşınması Xidməti vasitəsilə başqa mobil operatora daşımaq qərarına gəlib: "Bir daha özlüyümdə əmin oldum ki, "Bakcell”də nə xidmət səviyyəsi, nə müştəri məmnuniyyəti, nə də abunəçilərə fərdi yanaşma yoxdur. Üstəlik, oğurluqla da məşğul olaraq abunəçilərin balansını soyurlar. Fəaliyyət göstərdiyi 20 il ərzində "Bakcell”ə gözün üstündə qaşın var deyəndə yoxdur. Heç bir ölkədə mobil operatorlar Azərbaycandakı kimi bərbad xidmət göstərib, soyğunçuluqla məşğul olmurlar. Yalnız bizim ölkədə mobil rabitə tariflərinin başqa ölkələrlə 3-4 dəfə baha olması bir yana qalsın, mobil operatorlar vətəndaşları soyurlar”.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Xəbərin vaxtı: 20-12-2016
Oxunma sayı: 128

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: