Məmurlardan xain sabotaj: əhali ilk dəfə bayramı ət yemədən keçirir

 Məmurlardan xain sabotaj: əhali ilk dəfə bayramı ət yemədən keçirir
Əhalinin böyük bir hissəsi ilk dəfə bayramı ət yemədən keçirə bilər; Yerli bazarlarda ət məhsullarının bahalaşması yoxsullaşan camaatı tamarzı qoyub...

Millətinsəsi.info-nun Politika.Az-a istinadən xəbərinə görə, bayramqabağı bazarlarda qiymət artımı dəhşətli həddə çatıb. Aztəminatlı ailələr, kəndlərdə və rayonlarda kasıb yaşayan insanlar bayram bazarlığını gen-bol, ürəyincə edə bilmir. 

İlk dəfədir ki, əhalinin maddi vəziyyəti bu qədər ağırlaşıb. Bayramqabağı Azərbaycanda bahalaşma ən pik həddə qalxmaqdadır. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, bu gün azərbaycanlılar məcburi şəkildə ətdən imtina edir:

"10 ildir ki, Azərbaycanda qara kürü deyilən şey yoxdur. Devalvasiyadan sonra Azərbaycanda bəzi məhsullar arxa plana keçməyə başlayıb. 

Çünki qiymətlər sürətlə bahalaşır. İnsanların bu məhsullara əlçatanlılığı azalır. Ümumilikdə, 2016-cı ildə Azərbaycan əhalisinin ət istehlakı kəskin olaraq aşağı düşüb. 

Buna adekvat olaraq da qiymətlər yüksəlib. Bu isə bazarda çox böyük defisit olmasından, inflyasiya səviyyəsinin yüksəlməsindən xəbər verir. Əlbəttə, ümumilikdə kalorili qidaların, ət və ət məhsullarının, balıqların qiymətində artım olduğundan vətəndaşlar bu məhsullara daha az müraciət edir. 

Bu gün əhali daha çox yerli kənd təsərrüfatı məhsullarına, yerli quş ətlərinə üstünlük verirlər. Bu gün Azərbaycan vətəndaşı balıqdan, ətdən könüllü yox, məcburi qaydada imtina edir. E.Hüseynov deyib ki, bahalaşma ilə bağlı hər gün istehlakçı şikayətləri qəbul edirlər. 
Yazmışdıq ki, ölkədə heyvandarlıq məhv edilib və yüksək rütbəli məmur, generalla KTN rəhbəri Heydər Əsədov əti bahalaşdırır. 

Kənd Təsərrüfatı Nazirliyi ölkənin ət və ət məhsulları ilə təmin edilməsi sahəsində heç bir problemin olmadığını israrla bəyan edir. 

Fakt isə ondan ibarətdir ki, biz il ərzində adambaşına ət ehtiyacının cəmi 40 faizini ödəyə bilirik. Ölkədə mal-qara çatışmazlığı yaşanır. 

Bunun bir səbəbi otlaqların satılması, məmurlar arasında bölüşdürülməsidirsə, digər amil yoncanın, heyvan yeminin qiymətinin bahalaşmasıdır. Nəticədə fermerlər çıxılmaz vəziyyətlı qarşılaşıb.

Buna görə də ölkəyə xaricdən idxal olunan ətin maya dəyər, daşınma xərcləri, qeyri-rəsmi rüsumlar, inhisarçı məmurların maraqlarının təmin olunması bütövlükdə ət bazarında bahalaşmaya gətirib çıxarır. Əsasən bu məhsullar Rusiyadan idxal edilir. 

Bir daha qeyd edirik ki, bu bazarda yüksək çinli bir məmur, general rütbəli şəxsin də biznes maraqları var. Fermerlərdən fərqli olaraq, ona və nəzarətindəki iş adamlarına Rusiyada inək gətirilməsi 150 dollar yox, 80 dollara başa gəlir. 

Bu da onun vəzifə səlahiyyətindən istifadə edərək rüşvətin məbləğini qismən aşağı salması deməkdir. Bütün bunlar ondan xəbər verir ki, KTN rəhbəri Heydər Əsədov postunda təyinatı üzrə işləmir. 

Prezident kənd təsərrüfatının inkişafı üçün tapşırıqlar verir, əkilməyən torpaqların alınacağı bildirilir, pambıqçılığın inkişafına dəstək verilir. 

Amma nazir heyvandarlığı məhv edib general və məmurlara milyonlar qazandırır, özü də qazanır. Əziyyəti isə xalq çəkir və bayramda ət almağa imkan edə bilmir.


Xəbərin vaxtı: 20-12-2016
Oxunma sayı: 446

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...