Bakıda küçədə bir aylıq körpə tapılıb

Faktla bağlı araşdırma aparılır
Bakıda binanın qarşısında bir aylıq körpə tapılıb.
Millətinsəsi.info-nun "Report"a istinadən xəbərinə görə, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiya küçəsi ev 22 A-nın qarşısında qeydə alınıb. Belə ki, həmin ərazidə bir aylıq körpə oğlana rast gəlinib. Binada yaşayan 1978-ci il təvəllüdlü Vüsalə Əliyeva sahibsiz körpəni Sabunçu Rayon Polis İdarəsinə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin vaxtı: 19-12-2016
Oxunma sayı: 535

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...