Bakıda zibillikdən tapılan körpəni bir neçə ailə övladlığa götürmək üçün müraciət edib

Картинки по запросу zibillikdən uşaq
Bakıda dörd gün bundan əvvəl zibillikdən tapılan uşağın vəziyyəti sabitləşib.
Millətinsəsi.info bildirir ki, bu barədə "Report”a K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev məlumat verib.
Onun sözlərinə görə, körpə xüsusi qutuda saxlanılır: "Onun vəziyyəti getdikcə sabitləşir. O, ən geci iki aya sağalacaq, daha sonra 1 saylı Körpələr Evinə təhvil veriləcək".
N.Quliyev onuda qeyd edib ki, ölkənin müxtəlif rayonlarından bir neçə ailə körpəni övladlığa götürmək üçün müraciət edib: "Lakin biz heç kimə övladlığa körpə verə bilmərik. Körpə tam sağaldıqdan sonra 1 saylı Körpələr Evinə təhvil veriləcək. Kim istəsə ora müraciət edə bilər".
Qeyd edək ki, körpə Yasamal rayonu Əlibəy Hüseynzadə küçəsi 49 nömrəli binanın qarşısında zibillikdən tapılıb. Belə ki, məişət tullantıları qutusunda Mənzil Komunal İstismar Sahəsinin əməkdaşları körpəyə rast gəliblər. Onun qız olduğu müəyyən olunub. Körpə aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib. O, daha sonra "Təcili yardım" maşını ilə Elmi-Tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib.

Xəbərin vaxtı: 16-12-2016
Oxunma sayı: 380

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...