Nazirdən müdhiş kələk: Qazaxıstana at ixracında “limon məzhəkəsi”

Qazaxıstana at ixracında
Kənd təsərrüfatı naziri xalqı aldatmağa hazırlaşır

Millətinsəsi.info bildirir ki, Politika.Az-ın yaydığı məlumata görə, nazir Heydər Əsədov Qazaxıstana ixrac adı ilə daxili bazara at əti satmağı planlaşdırır. 

İstehlakçı hüquqlarının pozulması və aldadılması ilə müşayiət olunacaq bu biznesdən böyük pullar əldə olunacağı gözlənilir. 

Məlumatda deyilir ki, Qazaxıstana at əti ixrac etmək məntiqsizdir. Çünki Asiya ölkəsi olan Qazaxıstanda at kifayət qədərdir. 

Bu, təxminən Qazaxdan Lənkərana limon aparıb satmağa bənzəyir. Yəni, nazirliyin məzhəkəsi əməlli-başlı cəmiyyətdə gülüş doğurub. Qazaxıstanın nəyi olmasa belə, atlar sarıdan zəngindir. 

Azərbaycanda isə at ətinin ixracı məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyində xüsusi komissiya yaradılıb. Bunu nazirin müavini Seyfəddin Talıbov deyib.

Onun sözlərinə görə, komissiya Azərbaycanda saxlanılan atların genetik-damazlıq potensialının müəyyən edilməsi ilə məşğul olacaq: "Şəxsi təsərrüfatlarla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin də istehsalat müəssisələrində at saxlanılır. 

Azərbaycanda əsasən Qarabağ və Dilboz cinsindən olan atlar var. Bu atların genofondunun formalaşdırılması ilə bağlı ciddi nailiyyətlər əldə edilib. 

Hazırda həmin genofond saxlanılmaqla at ətinin ixracı istiqamətində iş aparılır. Məqsədimiz odur ki, genetik potensialını itirmiş, istifadə üçün bir o qədər yaramayan atlar ixrac edilsin".

S.Talıbov qeyd edib ki, Azərbaycan ət ətini əsasən Qazaxıstana ixrac etmək niyyətindədir: "Moldova ilə də ixrac barədə razılıq əldə olunub. 
Amma əsas istiqamət kimi Qazaxıstanı düşünürük. İki ölkənin hökumətlərarası komissiyasının iclasında bu məsələ qaldırılıb və konkret tədbirlər görmək barədə razılıq əldə olunub”.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmovun fikrincə bu, qeyri-ciddi məsələdir: "Azərbaycanda 70 min baş at var. Sağlam atın ətini isə xaricə göndərmək mümkün deyil. Çünki onun əti çox bahadır. 

Əgər kəsimə gedərsə, onun ətinin 1 kiloqramı təxminən 40-50 manata başa gələr. İndi nazirlik ixrac məsələsində çıxdaş olunmuş heyvanları nəzərə alır. Çıxdaş olunmuş heyvan isə, şikəst və qoca olur. 70 min heyvandan təxminən il ərzində 4000 heyvan çıxdaş ola bilər”. 

Qazaxıstanın özünün çox böyük atçılıq təsərrüfatları var. Onlar özləri at əti istehlak etdikləri üçün kökəltmə ilə məşğuldurlar. Xüsusi yemlərlə həmin atları yetişdirirlər. 

Atlardan nəqliyyat vasitəsi kimi istifadə etmirlər. Biz isə atları ancaq kökəltmək üçün istifadə etsək, bu, çox baha başa gələr. Qazax atları minik, yarış və ətlik-südlük istiqaməlidir. 
Qızıl Orda dövlətinin ərazisinə daxil ərazilərdə tarixən istər Monqol atı istəsə Qazax atından istifadə edilirdi. Qazax xalqı onların ətindən istifadə edirlər. Südündən isə hazırlanan içkiyə Kumıs adlandırılır. 

Bəzən qazax atları arasında yarış atlarına rast gəlinir. Xüsusi ilə uzaq məsafələrə yarışlarda yüksək dözümlülük göstərərək qalibiyyətə səbəb olur. Onlar müxtəlif məsafə yarışlarına belə cəlb edilirlər. Bu tiplərin formalaşmasında monqol və Axal təkə atları da öz rolunu oynayıb. 

Adaev, Cebe, qərbi qazaxıstan, mərkəzi qazaxıstan və nayman tip və papulyasiyasını göstərmək olar. Bütün tiplər sərbəst dolaşırlar. 

Çöl, yarımsəhra və səhra şəaitinə dözümlüdürlər. Bağlı məkanda saxlanılmır. Onlar çöl bitkiləri ilə bəslənirlər. Qış ayları 40 sm qarın altında olan otlarla qidalanırlar. Bütün bu faktlar kifayət edir ki, H.Əsədovun yalanını üzə çıxarsın. Nazirliyin at ixracı "limon məzhəkəsi”dir. Qazaxdan Lənkərana limon ixrac etməyə oxşayır.

Xəbərin vaxtı: 16-12-2016
Oxunma sayı: 395

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: