“Qarabağ mübarizləri” layihəsi çərçivəsində seminar təşkil edilib

 “Qarabağ mübarizləri” layihəsi çərçivəsində seminar təşkil edilib
14 dekabr 2016-ci il tarixdə Xocavənd rayon Mədəniyyət evində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən icra edilən "Qarabağ mübarizləri” layihəsi çərçivəsində seminar təşkil edilib.
Millətinsəsi.info xəbər verir ki, tədbiri giriş sözü ilə açan layihə rəhbəri, "İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov gəncləri salamlamış, ölkədə uğurla həyata keçirilən gənclər siyasəti eləcə də layihənin məqsəd və vəzifələri haqqında ətraflı məlumat verib. Tədirdə iştirak edən Xocavənd rayon Gənclər və idman İdarəsinin rəisi Aslan Quliyev öz çıxışında ölkə prezidentinin  gənclərə göstərdiyi diqqət və qayğısından söz açaraq Qarabağ bölgəsində yaşayan gənclərin idman sahəsində əldə etdiyi uğurlar haqqında ətraflı məlmat verib. Aslan Quliyev çıxış edərək gənclərin istifadəsinə verilən yeni İdman komplekslərini, Gənclər Mərkəzlərini ölkə prezidentinin idman sahəsində gənclərə olan diqqət və qayğısı olaraq qeyd etmişdir. Bununla yanaşı gənclərin sağlamlığına yönəlmiş və müharibə şəraitində yaşayan gənclərin vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət edən bu cür maarifləndirici tədbirlərə daha çox yer verilməsini vurğulayıb.  Tədbirin digər fəxri qonağı Xocavənd rayon İcra Hakimiyəti ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Nicat Şirinov çıxış edərək gənclər arasında idman klublarının yaradılması  gənclərdə  idmana olan marağı artırmaqla yanaşı dövlətin gənclərlə bağlı siyasətinə uyğun olaraq gənclərdə vətənpərvərlik hissinin yüksəlməsinə dəstək olacaqdır. Bundan başqa  gənclərin müxtəlif idman oyunlarına olan marağı ölkəmizi xarici ölkərdə keçirilən beynəlxalq yarışlarda təmsil etməsinə böyük zəmin yaradacaq. Tədbirdə çıxış edən layihə eksperti Məzahir Çıraqov ölkədə gənclərə yaradılan yükək şəraitdən danışaraq 13 yanvar 2017-ci ildə Xocavənd rayonunda  keçiriləcək idman oyunlarından bəhs edərək gənclərdə idmana maraq oyatmışdır. Layihə region gəncləri arasında idman oyunları üzrə yarışların təşkil olnması ilə vətənpərvərlik ruhunun yüksəldilməsinə dəstək olmaq məqsədi daşıyır.
“Qarabağ mübarizləri” layihəsi çərçivəsində seminar təşkil edilib
“Qarabağ mübarizləri” layihəsi çərçivəsində seminar təşkil edilib

Xəbərin vaxtı: 14-12-2016
Oxunma sayı: 154

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: