Beyləqanda “Qarabağ mübarizləri” layihəsi çərçivəsində seminar təşkil edilib


12 dekabr 2016-ci il tarixdə Beyləqan rayon Gənclər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən icra edilən "Qarabağ mübarizləri” layihəsi çərçivəsində seminar təşkil edilib.
Millətinsəsi.info xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin və Aprel döyüşlərində canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri, "İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov gəncləri salamlamış, donor təşkilat, ölkədə uğurla həyata keçirilən gənclər siyasəti, layihənin məqsəd və vəzifələri haqqında ətraflı məlumat vermişdir. Tədirdə qonaq qismində iştirak edən jurnalist, Azərbaycan yazıçılar birliyinin üzvü, Prezident təqaüdçüsü və eyni zamanda Beyləqan və Quruluş qəzetlərinin baş redaktoru Elman İsrafiloğlu öz çıxışında idman sahəsində əldə olunan nailiyyətlərdən söz açaraq idmançılarımızın vətənimizi xarici ölkələrdə təşkil olnan müxtəlif beynəlxalq yarışlarda uğurla təmsil etmələrindən, bayrağımızı ucaldaraq vətənimizə qızıl və gümüş medallarla qayıtmalarından bəhs etmişdir. Bütün bunlar ölkə rəhbəri cənab İlham Əliyevin idmana olan diqqət və qayğısından irəli gəldiyini vurğulanıb.
Tədbirdə çıxış edən hal hazırda ehtiyyatda olan baş leytinant Məzahir Çıraqov könüllü olaraq hərbi xidmətə gedərək ordu sıralarında göstərdiyi şərəfli döyüş xidmətlərindən bəhs etmiş, ölkədə gənclərə yaradılan yükək şəraitdən danışaraq yanvar ayında keçiriləcək idman yarışları üçün  gənclərdə maraq oyatmışdır. Tədbirin digər fəxri qonağı Nicat Əliyev çıxış edərək bu cür layihələrin keçirilməsi gənclərdə  idmana olan sevgini, marağı artırmaqla yanaşı dövlətin gənclərlə bağlı siyasətinə uyğun olaraq gənclərdə vətənpərvərlik hissinin yüksəlməsinə və onların zərərli vərdişlərdən uzaq olması ilə yanaşı müxtəlif idman oyunları üzrə uğurlu nailiyyətlər əldə etməsinə səbəb olacaq. Layihənin əsas məqsədi region gəncləri arasında idman oyunlarınının təşkil olnması ilə vətənpərvərlik ruhunun yüksəldilməsinə dəstək olmaqdan ibarətdir.


Xəbərin vaxtı: 13-12-2016
Oxunma sayı: 82


Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: