Elmar Məmmədyarov: "Azərbaycan Qarabağ münaqişənin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcək"

Картинки по запросу elmar məmmədyarov
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Millətinsəsi.info-ya verilən məlumata görə, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin intensivləşdirilməsi və mövcud vəziyyətin dəyişdirilməsi barədə fikir mübadiləsi aparılıb.
E.Məmmədyarov Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə münaqişənin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcəyini bildirib.

Xəbərin vaxtı: 12-12-2016
Oxunma sayı: 212

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...