XİN ermənilərin Hamburqdakı təxribatı barədə AÇIQLAMA verdi


XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü haqda danışıb. O, nazirlərin görüşünün Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyinə görə pozulduğunu da əlavə edib.

"ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dəvəti əsasında 8 dekabr tarixində gecə radələrində həmsədrlərin Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin birgə işçi şam yeməyi baş tutub.  

Hamburqdan görüşündən əvvəl Fransa xarici işlər nazirinin təklifi ondan ibarət idi ki, 2+3 formatında Hamburqda xarici işlər nazirləri səviyyəsində görüş keçirilsin.  

Təəssüf ki, Ermənistan tərəfinin destruktiv siyasəti və görüşlərdən qaçmaq siyasəti nəticəsində 2+3 formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmadı. 

Şam yeməyi əsnasında həmsədrlərlə növbəti il üçün danışıqlar prosesinin davam etdirilməsi və gündəlikdə duran məsələlər ətrafında fikri mübadiləsi aparılıb”. 

(modern.az)

Xəbərin vaxtı: 09-12-2016
Oxunma sayı: 226

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...