Bakı IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşmağa başladı


Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar "Boulevard HOTEL"də mətbuat konfransı təşkil olunub.
Millətinsəsi.info verir ki, gənclər və idman naziri Azad Rəhimov əsas işlərin bu gündən başladığını, öz axarı və qaydasında davam etdiyini bildirib. Nazir 50 ölkədən 71 nümayəndənin hazırda Azərbaycan paytaxtında son vəziyyətlə tanışlıq məqsədilə olduğunu bildirib. A.Rəhimov gələn ilin 12-22 mayında keçiriləcək Oyunlarda bütün İslam ölkələrinin iştirakını çox istədiklərini deyib.
O, müxtəlif ölkələrdən gəlmiş nümayəndələrin Bakıda müxtəlif mövzularda - idmançıların qarşılanması və yerləşdirilməsi, çarter reyslərinin təşkili, antidopinq məsələri üzrə müzakirələr apardıqlarını da əlavə edib.
İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faysal Abdulaziz Əl-Nassar hazırlığın gedişi barədə məlumat verib və hər şeyin qaydasında olduğunu vurğulayıb: "İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faysal Abdulaziz Əl-Nassar: "Bu oyunlarda 50 İslam ölkəsi iştirak edəcək. Ümid edirəm ki, 57 ölkənin nümayəndələri bura gələcək. Hamıya uğurlar arzulayıram. Ancaq hətta 50 ölkə bu yarışa qatılsa da, İslam Həmrəyliyi Oyunları tarixində rekord göstərici olacaq. Atletlər kəndini çox bəyəndim. Bu yarışın çox böyük uğurla təşkil olunacağını düşünürəm. Sabah oyunlarda istifadə olunacaq bütün idman arenalarına baxış keçiriləcək. Şəraitlə yerindəcə tanış olacağıq. Ümid edirəm ki, Bakı gələcəkdə Olimpiya Oyunlarını da qəbul edəcək. Çünki Azərbaycanda bunun üçün münbit şərait var".

Xəbərin vaxtı: 08-12-2016
Oxunma sayı: 401

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...