Bakıda kişi arvadının ondan ayrılmasına dözməyib özünü BIÇAQLADI


Bakıda 40 yaşlı kişi arvadının ondan boşanmasına etiraz əlaməti olaraq özünü bıçaqlayıb.

Hadisə Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, 1976-ci il təvəllüdlü Budaqov Rafiq Müzəffər oğlu yaşadığı evdə özünə iki bıçaq zərbəsi vurub.

O hadisə zamanı sərxoş vəziyyətdə olub. R.Budaqov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. R.Budaqovun ilkin dindirilməsi zamanı o, həyat yoldaşının ondan rəsmi şəkildə ayrıldığını deyib. Buna dözməyərək R.Budaqov özünü öldürməyə cəhd edib.

(report.az)

Xəbərin vaxtı: 03-12-2016
Oxunma sayı: 133

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...