Edvard Nalbandyan Elmar Məmmədyarovla görüşə bilər


Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan Hamburqda Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarovla görüşəcəyini istisna etməyib.
Ermənistan KİV-nin məlumatına görə, Nalbandyan bildirib:
"Görüş olacağını istisna etmirəm, amma hələlik bu barədə razılaşma yoxdur”.
 
Xatırladaq ki, daha əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri dekabrın 8-9-da Hamburqda keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində görüş planlaşdırdıqlarını açıqlayıblar. 
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda görüşməyə hazır olduqlarını, lakin Ermənistan tərəfinin hələ cavab vermədiyini vurğulayıb.
(modern.az)

Xəbərin vaxtı: 01-12-2016
Oxunma sayı: 108

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: