Bahalaşma qərarı Elman Rüstəmovun “başını yeyəcək”?

Bahalaşma qərarı Elman Rüstəmovun
Qaz və işıqla bağlı bahalaşma qərarı gözləniləndən daha kəskin reaksiya yaradıb

Millətinsəsi.info Politika.az-a istinadən xəbər verir ki, hətta hökumətyönlü şəxslər (deputatlar, jurnalistlər, müxtəlif peşə sahibləri) belə qərarı tənqid edir, aztəminatlı təbəqə üçün əlavə çətinliklər yaranacağını, qərarın ciddi fəsadlar verəcəyini bildirirlər. Bir sözlə, hakimiyyət gözlədiyindən daha ciddi etirazla üz-üzədir. Belə bir vaxtda gündəmi dəyişmək üçün yeni bir qərarın verilməsi aktuallaşır. 

Hökümətdəki mənbənin verdiyi məlumata görə, bu bahalaşma Mərkəzi Bankın sədri Elman Rüstəmovun "başını yeyəcək”: "Bu gün bu qədər ciddi problemlərin yaranması məhz Elman Rüstəmovun fəaliyyəti nəticəsində ortaya çıxan durumdur. Vaxtında düzgün siyasət yürütməməsi, bankların, necə deyərlər, "ipini yığmaması” indi vətəndaşların kredit baraqlığında üzməsinə səbəb olub. Elə bir ailə yoxdur ki, onun banka kredit borcu olmasın, insanlar qazanclarının əhəmiyyətli hissəsini kredit ödənişlərinə xərcləyirlər. Həddən artıq yüksək faizlər, kredit götürənlərin çətin duruma düşməsi məhz onun günahıdır. Elman Rüstəmovla bağlı narazılıq ən yuxarı dairələrdə aylardır mövcuddur. Bildiyiniz kimi, onun bir neçə səlahiyyəti də alınaraq yeni yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatasına verildi. Gözlənilən odur ki, yaxın günlərdə ölkə başçısı baş bankirin vəzifədən alınması ilə bağlı sərəncam imzalayacaq. Bu, həm problemli bir məmurun cəzalanması, həm də gündəmin dəyişməsi olacaq”.

Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.

Xəbərin vaxtı: 30-11-2016
Oxunma sayı: 381

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...