Soğan mürəbbəsi - RESEPT


Adını eşidəndə qəribə oldunuz? Dadı necə olar deyə düşünürsünüz? Bişirib dadına baxdıqdan sonra qərarınızı verərsiniz. Millətinsəsi.info soğan mürəbbəsinin hazırlanma qaydasını təqdim edir.
 
Ərzaqlar:
 
2 kq sarı soğan
2 stəkan şəkər tozu
1/3 stəkan zeytun yağı
1 çay qaşığı duz
3 xörək qaşığı alma sirkəsi
3 ədəd qərənfil toxumu
 
Hazırlanması:
 
Soğanlar ya əldə çox xırda, ya da mətbəx robotunda doğranır. Qalın qatlı bir qazanın içində zeytun yağında soğanı "öldürün", duz əlavə edin. Soğanların rəngi şəffaflaşana kimi şəkər tozu əlavə edin və azca qızardın.
Qərənfil və sirkəni də əlavə edib qazanın qapağını bağlayın, vam odda bişirin. Mürəbbədən bir çay qaşığı boşqabın içinə qoyun, əgər axmırsa, deməli hazırdır. Mürəbbəni əvvəldən sterilize edilmiş bankalara isti ikən doldurun və soyuyana kimi başı aşağı saxlayın. 1 ilə yaxın saxlaya bilərsiniz. 
lent.az

Xəbərin vaxtı: 26-11-2016
Oxunma sayı: 444

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...