Mayonezi özünüz evdə hazırlayın – RESEPT+VİDEO


Mayonezi çoxumuz sevirik. Salatlardan tutmuş kartof qızartmasına qədər bir çox yeməklərdə istifadə edirik. Bəs mayonezi özünüz evdə hazırlaya bilərsiniz? Millətinsəsi.info çox ləzzətli və praktik ev mayonezi reseptini təqdim edir.
 
Lazım olan ərzaqlar:
 
2 dənə yumurta sarısı
1 desert qaşığı su
1 desert qaşığı xardal
500 ml. günəbaxan yağı
Yarım çay qaşığı duz
1 qaşıq limon suyu
 
Hazırlanma qaydası:
 
Yumurtaların sarısını ağından ayırıb çırpın, günəbaxan və ya zeytun yağını az-az əlavə edərək qarışdırın. Ardınca xardal və az-az su əlavə edərək qarışdırın. Qalan yağı və limon suyunu qataraq çırpın. Son olaraq duzu tökün, qarışdırın. Mayonezi ağzı bağlı şüşə qaba qoyub soyuducuda saxlayın.
 
Nuş olsun!
 


Xəbərin vaxtı: 26-11-2016
Oxunma sayı: 537

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...