Gömrükçülər ölkəyə gizli yolla məişət texnikalarının gətirilməsinin qarşısını alıb


Şirvan Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, Çindən Azərbaycana gətirilən yüklərə baxış keçirilib.
 
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Millətinsəsi.info-ya verilən məlumata görə, neft sahələrində yer və tunel qazan avadanlıq hissələri kimi bəyan edilən həmin yüklərə baxış zamanı bəyan edilməyən və yük müşayiətedici sənədlərdə əksini tapmayan xeyli sayda məişət texnikası - 4 ədəd böyük ölçülü LED televizorlar, 10 ədəd split kondisionerlər, sensorlu müasir çaydan dəstləri, sensorlu mətbəx qazanları, 2 ədəd soyuducu tipli dezinfeksiya aparatı, 20 ədəd ipək yataq dəsti və digər çoxsaylı mallar aşkar edilib.
 
Aşkara çıxarılan mallar konteynerin arxa tərəfindəki metal avadanlıqların alt hissəsində, xüsusi hazırlanmış taxta yeşiklərdə olub.
 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin vaxtı: 26-11-2016
Oxunma sayı: 90


Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: