Xeyrxahlıq zamanın tələbi, ruhun dərmanıdır!

 
Deputat, yoxsa millət vəkili?!

 

Bunlar eyni məna daşısada, aralarında çox böyük fərq var

 

Bu gün Qara Qarayev metrostansiyasının yaxınlığında yerləşən "Mədinə gülü" restoranında bir çox tanınmış müğənnilərin, sənət adamlarının və jurnalistlərin iştirakı ilə 2-ci qrup əlil Elnarə Abdullayevanın müəlicəsi üçün xeyriyyə tədbiri keçirilirdi.

Xüsusi diqqətçəkən o idi ki, bu tədbirə bir çox tanınmış media qrumları və saytlar dəstək verirdilər. Mən də tədbirdə "Millətin səsi.info" saytının əməkdaşı kimi iştirak edirdim. İştirakçılar və təşkilatçılar tədbirin uğurlu alınması üçün bütün işləri layiqincə yerinə yetirmişdilər.

Mən belə bir tədbirin keçiriləcəyini əvvəlcədən bildiyimidən tədbir dəvətnaməsini bir neçə Millət vəkilinə də göndərmişdim, lakin çox təəssüf...

Ancaq, necə deyərlər dünya yaxşı insanlardan xali deyilmiş. Bizim dəvət etdiyimiz, böyük ümidlə gözlədiyimiz deputatlar məclisimizə təşrif gətirmədilər. Ancaq elə ilk baxışdın öz səmimiliyi, insansevərliyi ilə diqqət çəkən, təkcə seçicilərinin yox, hər bir insanın çətin günündə yanında olmağı mənəvi borc bilən Millət vəkili Elman Nəsirov bu tədbirdə də, çox fəal iştirak etdi və hər birimizdə bir ruh yüksəkliyi yaratdı. Fikirləşdik ki, nə yaxşı deputatlarımız arasında Elman müəllim kimi Millət vəkilləri də var. Mən Elman müəllim barəda uzun-uzadı danışmaq istəmirəm. Bircə onu qeyd edim ki, Elman müəllim bu tədbirdə iştirakı ilə, təkcə Elnarə xanımın deyil, eləcə də tədbirdə iştirak edən bütün media işçilərinin dərin hörmətini qazanmış oldu. O ki qaldı Elnarə xanımın sevincinə, bu sevincin həddi-hüdüdu yox idi. Bir millət vəkilinin onun sağlamlıq durumu ilə maraqlanması, onun gələcək müalicəsinə ümidlərin qart-qat artırmışdı.

Sonda onu da qeyd etmək istəyirəm ki, Millət vəkili olmaq istəyən hər bir deputat, parlament üzvü, qanunlar qəbul etməklə, dövləti məsələlərin həlli ilə məşğul olmaqla yanaşı, həm də çətin, ağır durumda olan hər bir insanın yanında olmağı bacarmalıdır. Burada söhbət heç də maddiyatdan (ona çox böyük ehtiyac olsa belə) getmir, söhbət mənəvi dəstəkdən gedir. Gəlin bunun yaddan çıxarmayaq!

Millət vəkili Elman Nəsirova isə həm öz adımdan, həm də Elnarə xanım və bütün media işçiləri adından təşəkkürümü bildirirəm. Nə yaxşı ki, aramızdı Elman Nəsirov kimi insanlar var!

 

 

 

Xanım Bağırlı


Xəbərin vaxtı: 21-11-2016
Oxunma sayı: 588


Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: