YAP-ın 24 illiyi ilə bağlı respublika üzrə tədbirlər keçirilib


Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 24 illiyi münasibəti ilə partiyanın yerli təşkilatları bölgələrdə tədbirlər təşkil edib.
 
YAP-dan Millətinsəsi.info-ya verilən məlumata görə, partiyanın Gəncə şəhər Təşkilatında 24 illik münasibəti ilə gənclərlə görüş keçirilib. Görüşdə YAP Gəncə şəhər Təşkilatının sədri, deputat Naqif Həmzəyev, ərazi ilk partiya təşkilatlarının sədrləri, partiya fəalları, tələbə-gənclər iştirak ediblər. N. Həmzəyev gənclərə YAP keçdiyi yoldan bəhs edib.
 
Eyni tədbirlər partiyanın Tovuz, Şəmkir, Daşkəsən və digər rayonlarında da keçirilib. Partiyanın Qaradağ rayon təşkilatında keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev, YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov tanınmış ictimai-siyasi xadimlər, ziyalılar və media nümayəndələri iştirak ediblər. Tədbirdə YAP Qaradağ rayon təşkilatının fəal üzvləri fəxri fərman və diplomlarla təltif olunublar.

Xəbərin vaxtı: 19-11-2016
Oxunma sayı: 166

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...