“Böyük Şor" yol qovşağının yaxınlığında yeni yağış-kanalizasiya xətti çəkilir – VİDEO + FOTO

 
2016-2017-cı illər payız-qış mövsümünə hazırlıq, avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə hazırlanan tədbirlər planına uyğun olaraq "Azəravtoyol” ASC tərəfindən müvafiq işlər görülür.
 
Millətinsəsi.info xəbər verir ki, bu işlər çərçivəsində Heydər Əliyev prospektinin "Böyük Şor" yol qovşağından "Sabunçu" yol qovşağına doğru olan istiqamətində, yolun hərəkət hissəsinə yığılıb qalan səth sularının normal kənarlaşdırılmasını təmin etmək üçün yağış-kanalizasiya sisteminin qoşulduğu və yaxınlıqdakı nasos stansiyasına gedən xəttin bir hissəsi yenilənir.    
 
Yeni salınan yağış-kanalizasiya xəttinin uzunluğu 152 metr, burda istifadə olunana boruların diametri isə 400 mm-dir. Xəttin tikintisi üçün torpaq 3-4 metr dərinlikdə qazılıraraq, borular qoyulur, hər 25-30 metrdən bir isə nəzarət quyuları qurulur. Nəzarət quyularının diametri 1.27 m-dir, dərinliyi isə 3.5 m. 
 
İşlər "Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. İşlərin tez bir zamanda yekunlaşdırılması planlaşdırılır.
 
Qeyd edək ki, sözügedən ərazidə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sisteminin qoşulduğu xəttin bir hissəsi sıradan çıxmışdı. Nəticədə intensiv yağışlar zamanı səth suları yağış-kanalizasiya xəttindən geri, yolun hərəkət hissəsinə yığılırdı. Bu isə həm avtonəqliyyat vasitələrinin hərəkətinə mane olurdu, həm də yolun asfalt-beton örtüyünün yuyulmasına səbəb olurdu.


Xəbərin vaxtı: 16-11-2016
Oxunma sayı: 294

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...