Azərbaycanda sosial şəbəkədə biabırçılıq: "Bədənini görmək istəyirəm..." - VİDEO

Azərbaycanda sosial şəbəkədə biabırçılıq:
Sosial şəbəkədə gənc qadınlara yaxşı iş və ya evlənmək adı ilə dostluq göndərib onları şantaj edən cinayətkarlar peyda olub.

Söhbət əsnasında həmin şəxs gənc qadını işlə təmin edəcəyini deyib görüşə dəvət edib. Bir neçə gün virtual danışıqdan sonra gənc qadın həmin şəxslə görüşüb.

Təxminən 35-40 yaşlı həmin şəxs qadının şəkillərini əldə etdikdən sonra onu sosial şəbəkədə paylaşaracaqını deyib pul istəyib. Fidan Əliyeva qohum- tanış arasında rüsvay olacağından qorxub sosial şəbəkə cinayətkarına 500 manat pul verib ki, şəkilləri yaymasın.

Qadının dediyi kimi, o belə faktlara bir neçə şəxsə qarşı törətsədə çoxu qorxudan polisə və ya ailəsinə demir. Məsələ sosial şəbəkə üzərindən törədilmiş cinayətləri aktuallaşdırır. ''Təmiz Dünya'' Qadınlara Yardım İctimai Birliyi "Labirintdən çıxış'' adlı layihə hazırlayır ki, məqsəd sosial şəbəkələr yolu ilə qadınların iş, evlilik adı ilə aldadılaraq başqa ölkələrə daşınması və insan alverindən zərərçəkməsinin qarşısını almaqdır.

"Təmiz Dünya'' Qadınlara Yardım İctimai Birliyin sədri Mehriban Zeynalova gənc qadınlara sosial şəbəkədən istifadə edərkən gizlilik prinsipinə əməl etmələrini və dostluq təklifi gələrkən həmin şəxsi tanıyıb tanımamasına diqqət etmələrini tövsiyyə edir.


Xəbərin vaxtı: 11-11-2016
Oxunma sayı: 2 010

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...