Akif Çovdarovun vəkilinin vəsatəti təmin olundu


Bu gün Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günortadan sonra davam etdirilib.
 
Millətinsəsi.info-nun APA-ya istinadən məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən prosesdə A. Çovdarovun vəkili Kamandar Nəsibovun cinayət işinin materialları ilə tanış olmaq üçün vaxt istəməsi ilə bağlı vəsatət təmin olunub.
 
Növbəti proses noyabrın 10-a təyin olunub.

Xəbərin vaxtı: 31-10-2016
Oxunma sayı: 147


Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: