Azərbaycanda nazirlik əməkdaşını güllələdilər


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşının güllə yarası alması faktı təsdiqlənib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, hadisə qanunsuz ov hallarına qarşı aparılan mübarizə tədbirləri çərçivəsində baş verib.
Nazirliyin əməkdaşı yaralanıb. Faktla bağlı araşdırma aparılır. 
Bu gün  Saatlı rayon sakini 1954-cü il təvəllüdlü Ağakərim Səlimov güllə yarası ilə Şirvan şəhər xəstəxanasına gətirilib.
Məlumata görə, A. Səlimovun üzərində cərrahi əməliyyat aparılır.
A. Səlimov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşıdır. (apa)

Xəbərin vaxtı: 30-10-2016
Oxunma sayı: 140

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...