Qüdrət Həsənquliyev: “Türkiyə və İranla viza rejimi ləğv olunsun”


"İranda 30 milyondan artıq azərbaycaycanlı yaşayır. Mən dəfələrlə Milli Məclisdə məsələ qaldırmışam ki, biz İranla viza məsələsinə baxmalıyıq”.
Millətinsəsi.info-nun xəbərinə görə, bu sözləri parlamentin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev deyib.
O, Azərbaycan hökumətini Türkiyə və İranla viza rejimini ləğv etməyə çağırıb. Deputat  söyləyib ki, Azərbaycana qarşı bəzi Türkiyə saytlarında təxribatçı yazılar gedir:
"Bu gün mən bir yazı oxudum ki, Türkiyədə müəyyən adamlar bizə rişxənd edirlər. Onlar bizim Türkiyə ilə dostluq və qardaşlığımız haqqında dediklərimizə ironiya ilə yanaşıb hələ də viza rejimini qaldırmamağımızı xatırladırlar.
Ona görə də mən Türkiyə və İranla viza rejiminin qarldırılması üçün hökuməti müvafiq addımlar atmağa çağırıram. Bu həm də kimlərə xidmət etdiyi bəlli olmayan media orqanlarının bizə qarşı təbliğatına son qoyardı”.

Xəbərin vaxtı: 28-10-2016
Oxunma sayı: 247

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...