“Səhliyalı” xalqa qoca və südsüz inəkləri yedirir


"1000 bərəkət, halal nemət” adı ilə satılan məhsulları istehsal edən «Səhliyalı» şirkəti süd verməyən inəklərin ətindən istifadə edir

Millətinsəsi.info-nun Politika.Az-a istinadən məlumatına görə, kolbasa istehsalçısı qoca və yararsız heyvanların ətini dövriyyəyə buraxır. Bu da mənşəyi məlum olmayan qoca və süd verməyən inəklərin kəsildiyi şübhələri yaradır. 

Beləcə, hər gün insanlara qoca ətdən hazırlanmış, leş ətlərdən istehsal olunmu kolbasalar sırınır. Hətta bəzi iddialara görə, kardon da istifadə edilir. 

Kolbasaların qiymətinin ətdən ucuz olmasına diqqət çəkən bəzi ekspertlər belə məhsulların istehsalında kenquru, zebu, at, eşşək və digər təkdırnaqlı, hətta caynaqlı, leş ətlərdən istifadə olunaraq hazırlanması haqda fikirlər irəli sürür. 

Müvafiq qurumlar nəhayət ki, hərəkətə keçib kolbasa və kolbasa məmulatlarının istehsalında heç olmasa qoca inəklərin ətindən istifadə olunmasının qarşısını almağa nail olmalıdırlar. 

Bir müddət əvvəl "Səhliyalı” şirkətinə aid "1000 bərəkət, halal nemət” markasının kiflənmiş kolbasası aşkarlanmışdı. Bir müddət əvvəl də şirkətin "Sacüstü sosiskaları” markasından qurd çıxmışdı. Hər iki marka "Səhliyalı” şirkətinin istehsalıdır.
Hətta rəsmi "Yeni Azərbaycan” qəzeti də bu şirkətdən yazmışdı. Qəzetin yazdığına görə, «Halal Nemət, Min Bərəkət» ticarət nişanı ilə kolbasalar istehsal edən «Səhliyalı» müəssisəsi saxta məhsullar buraxır. 

Belə ki, məhsulların üzərində «Qafqaz Müsəlmanları İdarəsi təminat verir» ifadəsi QMİ-nin açıqlaması ilə ziddiyyət təşkil edir. Çünki QMİ-nin hallallıq zəmanəti verdiyi şirkət məhsullarının sırasında «Səhliyalı»nın adı yoxdur. 

kolbasa üçün məhsullar hansısa ərəb ölkələrindən gətirilən dondurulmuş naməlum heyvan ətindən hazırlanır. Çəkilmişə farşa müxtəlif ədviyyatlar qatılır ki, donmuş ətin üfunəti hiss olunmasın.

Qeyd edək ki, bir müddət öncə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Xırdalan şəhərində yerləşən "Səhliyalı” kiçik müəssisəsinin istehsalı olan məhsulların etiket göstəricilərinə uyğun olmadığı aşkar etmişdi. 

Belə görülür ki, «Səhliyalı» firması Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi standartlara, eləcə də müvafiq qanunların tələblərinə məhəl qoymur. Qarşı tərəfi dinləməyə hazırıq.


Xəbərin vaxtı: 27-10-2016
Oxunma sayı: 272

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...