Musa Quliyev: “Boşluqdan isitfadə edən cadugərlər, ekstrasenslər insanların ...”


"Bu gün dünyada depressiya çox geniş yayılıb. Dünya əhalisinin 350 milyonu depressiyadan əziyyət çəkir”.
 
Millətinsəsi.info-nun xəbərinə görə, bunu deputat Musa Quliyev "Psixoloji yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, 2020-ci ildə depressiyalar infeksion və ürək-damar xəstəliklərini qabaqlayaraq dünyada birinci yerə çıxacaq: "Hazırda işə çıxmamağa görə depressiyalar birinci, əlilliyə görə depressiyalar isə ikinci yerdədir. İnkişaf etmiş ölkələrin əhalisinin 15 faizi ağır depressiyadan əziyyət çəkir. Dünyada məktəblilərin arasında depressiyanın ildə 23 faiz artması müşahidə olunur. Həmçinin intiharlarında sayı artıb. Hər il dünyada 1.1 milyon insan intihar edir. Bu insanlara vaxtında psixoloji yardım göstərilərsə intihar halı baş verməz. Ölkəmiz də ildə-ilə sürətlə inkişaf edir. Bu məsələlər daha çox inkişaf etmiş ölkələrin ciddi probleminə çevrilir”.
 
Musa Quliyev söyləyib ki, ki, bu qanunun layihəsinin hazırlanmasının səbəbi ölkəmizdə psixoloji yardım göstərilməsinin hüquqi bazasının kifayət qədər olmamasıdır: "Bu sahədə təhsili olmayan insanlar olur ki, özləri üçün obyektlər, şəbəkələr yaradırlar. Guya onlar psixoloji yardımla məşğul olurlar. Boşluqdan istifadə edən bəzi cadugərlər, ekstrasenslər, özlərini vergi verilmiş adlandıranlar insanların "müalicəsi” ilə məşğuldular. Belə halların qarşısının alınması üçün bu qanun layihəsinə böyük ehtiyac var”.

Xəbərin vaxtı: 26-10-2016
Oxunma sayı: 153

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: