Robert Sekuta: "ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməyib"


"ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməyib və Azərbaycan və Ermənistan ilə bu münaqişənin həlli üçün səylərini davam etdirir".

Millətinsəsi.info-nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfir xatırladıb ki, sabah ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Azərbaycana səfər edəcək. Onun sözlərinə görə, səfərdə məqsəd tərəfləri yaxınlaşdırmağa cəhd etmək və münaqişənin həllinə təkan verməkdir.

Xəbərin vaxtı: 21-10-2016
Oxunma sayı: 157

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: