Rövşən Rzayev: “Ermənilərə lazımi cavabı verdik”


Millətinsəsi.info xəbər verir ki, Milli Məclisin deputatı, "Qarabağın Azərbaycanlı İcması”nın İdarə Heyətinin üzvü Rövşən Rzayev Modern.az-a Fransaya səfəri ilə bağlı açıqlama verib.
Millət vəkili bildirib ki, Fransanın Strasburq şəhərində bir neçə tədbirdə iştirak ediblər. 

"Getdiyimiz tədbirlərdə əsasən işğal faktoru,  ermənilərin Rusiyadan silah alması, ermənilərin qeyri-konstruktiv mövqeyi və Azərbaycanın marağında olan bütün məsələləri qaldırdıq”.
Rövşən Rzayevin sözlərinə görə, həmin tədbirlərdə ermənilərin də nümayəndələri iştirak edib. 

"Onlar hər zaman təxribat, yalan, müxtəlif iftiralarla çıxışlar edir.  Ermənilərin elə bir ciddi arqumentləri olmayıb. Azərbaycan əleyhinə ədalətsiz mövqe səsləndirirdilər. Ancaq biz onlara lazımi cavabı verdik”.
 

Xəbərin vaxtı: 19-10-2016
Oxunma sayı: 100

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: