Rusiyaya aparılan almalarda zərərverici tapıldı – Nazirlikdən REAKSİYA


Bəzi Kütləvi İnformasiya Vasitələrində Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Agentliyinin ("Rosselxoznadzor”) rəsmi saytına istinadən "Rosselxoznadzor”un Dağıstan üzrə İdarəsinin müfəttişləri tərəfindən Azərbaycandan Rusiyaya ixrac olunan 18 ton alma məhsulu üzərində aparılan fitosanitar baxış zamanı karantin zərərverici hesab olunan şərq meyvəyeyəni (Grapholithamolesta Busck) aşkar olunması və avtomobilin Rusiya ərazisinə daxil olmasına qadağa qoyulması barədə məlumat yayımlanıb.
 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məsələ ilə bağlı Modern.az-a açıqlama verib.
 
Onun sözlərinə görə, bu barədə nazirliyə məlumat daxil olmayıb:
"Azərbaycandan Rusiyaya ixrac olunan 18 ton alma məhsulunda karantin zərərverici hesab olunan şərq meyvəyeyəninin aşkar olunması və maşının geri qaytarılması barədə Kənd Təsərrüfatı Nazirliyinə heç bir məlumat daxil olmayıb”.

Xəbərin vaxtı: 13-10-2016
Oxunma sayı: 265

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...