6 aylıq uşağı xəstəxanaya kim atıb? - BAKIDA


Ötən gündən etibarən sosial şəbəkədə 6 aylıq qız uşağının anası tərəfindən xəstəxanaya atılması geniş müzakirələrə səbəb olub.

Azyaşlının şəklini paylaşanlar onun hazırda Qarayev adına 2 nömrəli xəstəxanada olduğunu bildirirlər. Qeyd olunur ki, körpə xəstəxanada doğulsa da, heç kim gəlib onu götürməyib.

Məsələni dəqiqləşdirmək üçün A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasının qəbul şöbəsi ilə əlaqə saxlanılıb.

Qəbul şöbəsi hazırda xəstəxanada belə bir uşağın olduğunu təsdiqləyib. Bildirilib ki, körpəyə dövlət tərəfindən hər cür qayğı göstərilir, vaxtında dava-dərmanı verilir.

Sözügedən xəstəxananın baş həkiminin müavini Eldar Rəhimov isə məsələni təkzib edib. O, hazırda klinikada valideynləri tərəfindən atılan heç bir uşağın olmadığını vurğulayıb.

Maraqlıdır ki, uşaq 6 aylıqdır və necə ola bilər ki, doğum evi kimi fəaliyyət göstərməyən xəstəxanada doğulub. 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova da məsələ ilə bağlı açıqlama  verib. O qeyd edib ki, belə bir uşaq xəstəxanada yoxdur: "Xəstəxanada 6 aylıq valideynsiz uşaq olmur. Bu yaşda körpələr uşaq evlərinə verilir. Ona görə də 6 aylıq uşağın klinikada qalması mümkün deyil”.

(qafqazinfo.az)

Xəbərin vaxtı: 10-10-2016
Oxunma sayı: 293


Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: