PYD Türkiyə ilə sərhəddə yeni döyüş mövqeyi qurub


PKK-nın Suriya qolu olan PYD terrorçuları Suriyanın Türkiyə ilə sərhəd ərazisində döyüş mövqeyi qurublar.
 
Millətinsəsi.info-nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Türkiyənin Şanlıurfa vilayətinin Akçakale rayonu ilə həmsərhəd olan Suriyanın Rakka qəsəbəsindəki Telabyad adlı ərazidə PYD terrorçuları tərəfindən təpədə qum torbaları ilə döyüş mövqeyi qurulub.
 
Dərhal Türkiyə tərəfi təhlükəsizlik tədbirlərini gücləndirib.
 
"Kirpi" adlandırılan zirehli döyüş maşınının gətirildiyi sərhəd xəttində təhlükəsizlik qüvvələrinin istənilən təxribatın qarşısını almağa hazır olduğu bildirilir.
 
Telabyada asılan ABŞ bayrağının da dalğalandığı görülüb.

Xəbərin vaxtı: 03-10-2016
Oxunma sayı: 242

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...